Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş sərbəsr və Yunan-Roma güləşi üzrə "Çempion kəməri” turniri keçirlib. "Motivator Azerbaijan" layihəsinin təşkilatçılığı ilə reallaşan və 4 gün davam edən yarışa Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiyadan ümumilikdə 400 güləşçi qatılıb.
Turnirə Naxçıvan Güləş Federasiyasından 1 hakim, 2 məşqçi və 5 idmançı turnirdə iştirak edib.Təmsilçilərimizdən Tofiq Yusifov (92 kq) və Suat Məmmədov (48 kq) öz çəki dərəcələrində bürünc medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti